Xəbər lenti

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Misirdə oktyabrın 8-də Qəzza zolağı üzrə keçiriləcək atəşkəs danışıqlarında iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Telekanalın məlumatına görə, Kalın danışıqların aparıldığı Şarm əl-Şeyxə gəlməzdən əvvəl ABŞ, Misir, Qətər və Fələstinin HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparıb.

Xatırladaq ki, oktyabrın 6-da axşam saatlarında Şarm əl-Şeyxdə İsrail və HƏMAS nümayəndə heyətləri arasında dolayı danışıqlar bərpa edilib. Danışıqlarda Misir və Qətərdən olan nümayəndələr vasitəçilik edir.




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: Bu gün, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma