Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

Doğum günləri kiminə görə bayram, kiminə görə isə ölümün ağuşuna atılan növbəti addımdır.

Bu gün Azərbaycanın tanınmış ziyalısı Rəşad Məcid də bir az hüzn, çoxlu sevinc dolu yarım əsri aşan ömür yoluna qədəm qoyur.

Publika.az tanınmış jurnalist və şairimizi özəl günündə təbrik etdi.

- Rəşad bəy, şamları yandırmaq daha asandır, yoxsa söndürmək?

- Doğum günümdə də olsa, şamları söndürməyi sevmirəm. Hətta bir az həlim, bir az da kövrək üfürürəm. Görünür, bu da xarakterimlə bağlı məqamdır. Şam yandırmaq təbiətimə daha yaxındır.

- Doğum gününüzü Avropada qeyd edirsiniz. Yeni imkanlar, arzular məskəni Avropadan hansı arzunuzun gerçəkləşməsini istəyəcəksiniz?

- Dünyanın bir çox ölkəsində olmuşam. Amma təbiətin gözəllikləri olan yerlərdə həmişə məndən öncə də Anar bəyin, Toğrul Nərimanbəyovun Şuşa haqda fikirlərini xatırlamışam. Gözəl mənzərəli torpaqlara ayaq basanda ürəyimdə ağrılı bir hüzn keçir. Böyüdüyüm Şuşa, Laçın torpaqları, o gözəl dağlar, meşələr gözümün önündə dayanır. Bizim doğma torpaqlarımız qədər ikinci gözəl təbiət yoxdur. Təəssüf ki, müxtəlif səbəblərdən qoruya bilmədik. Odur ki, harada olsam da, qəlbimdəki acı mənimlədir.

 

- Bu yaşınıza qədər sizi ən yaxşı kim tanıyıb? Bəs siz özünüz kimi lap yaşı tanıyırsınız?

- Ürəyim qızındığı, çox istədiyim insanları tanımaq istəyirəm. İnsanları yaxından tanımaq həm də onların sənin çiyninə qoyduqları sirlərini, dərdlərini daşımaq bacarığıdır. Bu böyük məsuliyyətdir. Həyatımda çox yaxşı tanıdığım və mənə lap yaxşı bələd olan nadir insanlar var. Barmaq sayı qədərdir. Sirlərini, dərdlərini kiminləsə bölüşmək həm də yüngülləşmək, daha rahat nəfəs almaq, həmçinin vahidləşmək deməkdir. Bu da insana güc verir.

- Belə bir deyim var ki, hər doğum günümüz bizi ölümün ağuşuna bir az yaxınlaşdırır...

- Doğum günümdə haqqımda xoş sözlər deyilir, hətta özümün unutduğum kövrək xatirələrimi yadıma salırlar. Ona görə bu günlərdə ölüm haqda düşünməyə zamanım qalmır. Ölüm daha çox özümlə tək qalanda daxili sıxıntıya çevrilib narahatlıq verir. Doğmalarımı itirəndə, həyatımın dəyərli parçaları qopanda özümü mənəvi boşluqda hiss edirəm. Məncə, ölümə daha yaxın olmaq budur.

- Doğum günümüz həqiqətənmi həyata göz açdığımız tarixdən hesablanmalıdır?

- İnsan həyatından elə hadisələr, mərhələlər, qiymətli günlər olur ki, yenidən doğulduğunu hiss edirsən. Amma qismətimizə yazılan doğum günü, hətta çox inanmadığım bürclər xarakterimizə təsirsiz ötüşmür.

- Həyatdan iki beş almaq hər kəsə nəsib olmayan xoşbəxtlikdir. Karyeranı, sənəti qoyaq bir kənara. Özünüzü şanslı kişi hesab edirsiniz?

- Özümü şanslı hesab etməyim üçün bir çox səbəbim var. Gözəl ailəm, övladlarım, nəvələrim, qürur duyacağım həyat... Amma dediyim kimi, qəlbimdə daim məğlub hissi var. Bu da heç vaxt bütöv insan olmağıma, qalib pozasında durmağıma imkan vermir.

- Tezliklə doğun günlərinizi doğma torpaqlarımızda qalib statusunda qeyd etməyinizi arzu edirəm.

- Minnətdaram!

Leyla Sarabi




Ana səhifəyə qayıt        Baxış: 49          Tarix: 21-08-2019, 16:45      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent