Xəbər lenti

Azərbaycanın işğal olunmuş torpaqlarında separatçı rejim yaradan Ermənistan Şuşanı bu rejimin “paytaxtı” etmək istəyir.

Ovqat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə ermənipərəst “Regnum” agentliyi öz mənbəsinə istinadən məlumat yayıb.

Mənbə deyib ki, separatçı-quldur rejimin paytaxtının Xankəndindən Şuşaya köçürülməsi prosesi başlanıb.

Burada düşündürücü sual qondarma rejimin paytaxtının Şuşaya köçürülməsi məsələsinin niyə məhz indi gündəmə gəlməsidir. Bu məsələnin məhz Şuşanın işğal günü ərəfəsində ortaya çıxması da diqqətdən yayınmır. Görünür, Ermənistan hakimiyyətinin işğal etdikləri Azərbaycan torpaqları ilə bağlı məkrli planları davam edir. Şuşaya köçmə işi də məhz işğal etdikləri torpaqları mənimsəmək məqsədlərindən xəbər verir.

Ermənistan mediası isə “paytaxtın” Şuşaya köçürülməsinin Qarabağda gərginliyin artmasına səbəb olacağını yazıb. “Armeninareport” saytı yazır ki, Dağlıq Qarabağ münaqişəsində vəziyyət ipdən asılıdır və belə bir addım müharibəni körükləyə bilər.

Diqqətçəkən məqam odur ki, bu xəbərlərin yayılmasından sonra dünən günün sonunda qondarma rejimin sözçüsü David Babayan “paytaxtın” Şuşaya köçürülməsi haqda məlumatları təkzib edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 657          Tarix: 11-05-2017, 18:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma