Xəbər lenti

 Rusiya və Səudiyyə Ərəbistanı OPEC+ anlaşmasını 2019-cu ilə uzatmağa ən az maraq göstərən tərəflərdir. Onları bu addımı atmağa ancaq ABŞ-da şist neft hasilatının artması vadar edə bilər. 

"Report" xəbər verir ki, bu açıqlamanı "Reuters" agentliyinə müsahibəsində "Fitch Ratings"in korporasiyalar şöbəsinin direktoru Dmitri Marinçenko verib.
"OPEC+ anlaşmasını vaxtından əvvəl bitirmək üçün yeganə şərt, ABŞ-ın şist neft hasilatını yavaş templərlə artırmasıdır. O zaman neft bazarında güclü kəsir yaranacaq və qiymətlər artmağa davam edəcək", - D.Marinçenko bildirib.
OPEC-in proqnozlarına görə, ABŞ bu il hasilatı 1,05 mln. barel/gün artıraraq 15,29 mln. barel/günə çatdıracaq. Marinçenko bu proqnozu reallığa yaxın hesab etdiyini vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 750          Tarix: 1-02-2018, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma