OPEC ölkələrində neft hasilatının həcmi noyabr ayında aylıq müqayisədə 133 min barel və ya 0,4% azalaraq 32,45 mln. barel/günə geriləyib. “Bloomberg” agentliyi xəbər verir ki, bu barədə OPEC-in hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, noyabr ayında qlobal neft təklifi aylıq müqayisədə 840 min barel/gün və ya 0,87% artaraq 97,44 mln. barel/günə çatıb.
Noyabrda qeyri-OPEC ölkələrinin neft hasilatı 810 min barel/gün və ya 1,42% artaraq 57,82 mln. barel təşkil edib.
OPEC-in neft hasilatını azaltması qlobal bazarda xüsusi çəkisinin 33,3%-ə geriləməsinə səbəb olub. OPEC sıralarında ən çox hasilat (95,8 min barel/gün) Nigeriyada artıb. Anqolada hasilat 108,7 min barel/gun, S.Ərəbistanında 45 min barel/gün azalma göstərib.
OPEC-in proqnozlarına görə, 2018-ci ildə qlobal neft tələbi 1,51 mln. barel/gün artaraq 98,45 mln. barel/gün təşkil edəcək.//Report