Xəbər lenti

2017-ci ilin yekunlarına görə, orbital telekommunikasiya peykinin dövlət operatoru “Azərkosmos” ASC 16 milyon manatdan artıq zərər görüb.

Bu barədə şirkətin korporativ saytındakı illik maliyyə hesabatında məlumat verilir.

“Price Waterhouse Coopers” şirkətinin audit rəyi verdiyi hesabata görə, 2018-ci ilin əvvəlində “Azərkosmos”un zərərləri 308 milyon manat (181 milyon dollar) olub. İl ərzində şirkət 37 milyon manat (+ 32.4%) gəlir qazanıb. Xidmətlərin maya dəyəri 33,7 milyon manattəşkil edib. 2017-ci ildə “Azərkosmos” un ümumi və inzibati xərcləri (8,247 min manat) 27 faiz artıb. (Turan)

 

 




Ana səhifəyə qayıt        Baxış: 415          Tarix: 13-11-2018, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma