Xəbər lenti

Rusiya Bankı (Mərkəzi Bank) neft qiymətlərinin ortamüddətli perspektivdə 40 dollar/barelə qədər enə biləcəyini əsas götürərək sərt büdcə qaydalarının tətbiqini davam etdirir. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiya Bankı sədrinin birinci müavini Kseniya Yudayeva jurnalistlər qarşısında çıxış edib. 

"Hazırda büdcənin icrasını neftin 40 dollar/barel baza qiyməti ilə davam etdiririk. Bizim proqnozlar böyük ehtimalla onu göstərir ki, orta müddətdə neftin qiyməti məhz bu səviyyəyə qədər geriləyəcək", - deyə K.Yudayeva əlavə edib.

Sədr müavininin sözlərinə görə, mərkəzi bank neft bazarında baş verən dəyişiklikləri izləyərək proqnozlarını korrektə edəcək: "Hazırda neft bazarında qeyri-müəyyənliklər çoxdur. Buna uyğun olaraq proqnozlarımızı müəyyənləşdirəcəyik".

 




Ana səhifəyə qayıt        Baxış: 1 034          Tarix: 29-05-2017, 13:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma