Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Rusiya neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il Vyana anlaşmasının uzadılması qərarını OPEC-in may ayında keçirəcəyi iclasda verəcəyini bildirib.
Ovqat.com "Investing.ru" saytına istinadən xəbər verir ki, bu açıqlamanı Rusiyanın energetika naziri Aleksandr Novak Qətərin paytaxtı Doha şəhərində verib. Nazirin sözlərinə görə, may iclasına qədər OPEC-in qlobal neft ehtiyatlarının həcmi və neft bazarının texniki təhlili ilə bağlı məruzəsini gözləmək lazımdır.
Xatırladaq ki, Vyana anlaşmasına görə, Rusiya gündəlik hasilatı 300 min barel azaltmaq öhdəliyini götürüb və aprel ayının 21-nə bunu 83% və ya 250 min barel yerinə yetirib. A.Novak bu ayın sonuna qədər öhdəliyə tam əməl ediləcəyini bildirib.
"Report"un analitik qrupu bildirir ki, neft hasilatının azaldılması anlaşmasının uzadılmaması halında neftin qiyməti 40 dollar/bareldən aşağı enəcək. Əks halda isə neftin 60-65 dollar/barelə kimi bahalaşması, lakin bu səviyyədən tezliklə geriləyərək 50-55 dollar/bareldə sabitləşməsi gözlənilir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar