Xəbər lenti

"Brent" markalı neftin qiyməti ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) rəsmi hesabatının açıqlanmasından sonra düşməyə davam edib.

Ovqat.com "Investing.ru" saytına istinadən xəbər verir ki, dünən, mayın 3-də açıqlanan hesabata görə, 20-26 aprel həftəsində ABŞ-ın neft ehtiyatları 0,93 mln. barel azalıb. Bu, analitiklərin proqnozundan az olub. Belə ki, analitiklər ABŞ-da neft ehtiyatlarının 2,33 mln. barel azalacağını proqnozlaşdırırdılar. Ehtiyatların gözləniləndən az azalması "Brent" markalı neftin qiymətinin 50,2 dollar/barelə qədər düşməsinə səbəb olub. Hazırda 50,45 dollar/barel səviyyəsində olan "Brent"in qiymətinin yaxın günlərdə 48 dollar/barelə qədər düşməsi mümkündür.

OPEC və ona üzv olmayan neft ölkələrinin mayın 25-də keçirəcəyi iclasda neft hasialtının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması gözlənilir. Məhz bu səbəbdən neft qiymətlərinin bir qədər də geriləyərək yeni bir "ralli"yə hazırlaşdığını söyləmək mümkündür. Lakin qeyd edək ki, neft qiymətlərinin 60 dollar/bareli keçməsi üçün neft bazarına adı çəkilən anlaşmanın uzadılmasından daha güclü, təsirli xəbərin gəlməsi zəruridir. Əks halda, neftin qiyməti 58-60 dollar/barel səviyyəsinə çatandan sonra yenidən geri dönəcək.

 




Ana səhifəyə qayıt        Baxış: 876          Tarix: 4-05-2017, 11:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma