Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
ABŞ-da şist neft hasilatı texnologiyasının inkişafı Səudiyyə Ərəbistanını neft bazarına istiqamət verən ölkə statusundan məhrum edib.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, ABŞ-da "Hidroparçalama 2.0" mərhələsinə qədəm qoymaqla artıq qazma işlərinə rəhbərlik etmək üçün qazma quyusundan yüzlərcə km uzaqlıqda "İSteer" əlavəsindən istifadə etməklə bunu həyata keçirmək mümkündür. Belə ki, ABŞ-ın ən böyük müstəqil neft-qaz şirkətlərindən olan "EOG Resources" öz rəqiblərini geridə qoyaraq üfüqi neft quyusunu artıq 38 deyil, 20 günə qazır.
Bununla yanaşı, neftin maya dəyəri də ABŞ-da getdikcə azalmağa başlayıb. Norveçin "Rystad Energy" neft-qaz xidməti şirkətinə görə, şist neft hasilatçıları üçün neftin maya dəyəri 35 dollar/barelə qədər enib. Bu yaxınlara qədər isə bu rəqəm 60-90 dollar/barel diapazonunda dəyişirdi.
Xatırladaq ki, Beynəlxalq Energetika Agentliyinin (IEA) proqnozlarına əsasən, ABŞ-da neft hasilatı 2017-ci ildə 9,2 mln. barel, 2018-ci ildə isə 9,7 mln. barel təşkil edəcək. Qeyd edək ki, artıq keçən həftə açıqlanan "Baker Hughes" şirkətinin hesabatına görə, ABŞ-da gündəlik neft hasilatı 9,235 mln. barel təşkil edib.
S.Ərəbistanı ABŞ-ın artan neft hasilatına qarşı heç bir tədbir görə bilmir. Ölkənin gəlirlərinin 90%-i neftdən əldə olunduğundan Səudiyyə Ərəbistanı hasilatı azaldaraq qiymətləri artırmağa məcburdur. Əks halda, neft bazarında təklif artacaq və neft qiymətləri kəskin azalacaq. Amma, bu durumda da Səudiyyə Ərəbistanının azalan bazar payını ABŞ-ın neft şirkətləri doldurmağa davam edir. Görünən odur ki, yaxın gələcəkdə neft qiymətlərinin 20 dollar/barel səviyyəsinə enməsi qaçılmaz olacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar