Xəbər lenti

 2017-ci ilin yanvar-iyun ayları ərzində Bakıda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 29,6% artaraq 160 mln. manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sementin istehsalı 27,6%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 5,8%, tikinti kərpicinin istehsalı 94,3% artıb.

 Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində isə yanvar-may aylarında 100,8 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 7,6%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 41% azalma müşahidə olunub.

 Beş ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 5,4 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 3,7 dəfə, armatur istehsalı isə 0,2% artıb.




Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 4-07-2017, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma