Xəbər lenti
3-10-2025, 22:00

"Bütün ölkələr qlobal hərbi münaqişəyə hazırlaşırlar".

Oxu.Az "Kurir" nəşrinə istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Serbiya lideri qeyd edib ki, bütün ölkələr müharibəyə fəal hazırlaşır və bu, toqquşmanın baş vermə ehtimalının yüksək olduğunu göstərir.

O, genişmiqyaslı münaqişənin qaçınılmazlığına əminliyini ifadə edib.

Vuçiç, həmçinin əlavə edib ki, hazırkı beynəlxalq gərginliyi nəzərə alaraq, hər bir dövlət öz mövqeyini müəyyənləşdirir və hansı tərəfə qoşulacağına qərar verir.




Ana səhifəyə qayıt        Baxış: 1 648          Tarix: Bu gün, 14:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma