Xəbər lenti

 

Abşeron rayonunun sakinləri hələ də 90-cı illərin ən pis ənənələrini xatırladan iranlı tələbənin hay-küylü qətlinin təəssüratı altındadırlar.

Maskalı quldurlar bir neçə gün əvvəl biznesmen Möhtəmi Saamanın oğlunu balışla boğaraq evdən 50 min manat pul aparıblar. Hüquq-mühafizə orqanlarının operativ-axtarış tədbirləri hələ nəticə verməyib, cinayətkarlar azadlıqdadır.

Və budur, cümə günü, ayın 13-də Novxanıda daha bir vəhşicəsinə qətl törədilib. Hücum edənər qəsəbə sakini olan ata ilə oğula çoxlu bıçaq zərbələri vurublar. Ancaq qəribə də olsa, bu cinayət nədənsə Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun cinayətlər xronikasına düşməyib. Qəsəbə sakinləri virtualaz.org-a bildiriblər ki, oğul aldığı xəsarətlərdən dünyasını dəyişib.

Virtualaz.org bu cinayətlə bağlı Baş Prokurorluğa sorğu ilə müraciət edib.\\Virtualaz.org 




Ana səhifəyə qayıt        Baxış: 862          Tarix: 15-10-2017, 22:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma