Xəbər lenti

 Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan Abxaziyanın Qudaut rayonunun Açandara kəndi yaxınlığında silahlı quldurlar Rusiyadan gəlmiş bir qrup turistə hücum edib.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, istirahət edənlərdən biri ağır yaralanıb və xəstəxanada dünyasını dəyişib.

Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, quldurlar bıçaq və avtomatla silahlı olublar. Onlar turistləri qarət etmək fikrində imişlər.

Hadisə bu gün günorta saatlarında baş verib.




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 11-07-2017, 20:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma