Xəbər lenti

FETÖ üzvü olmaqda ittiham edilən və Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda ötən prosesdə Mustafa Ceyhan barəsində həbs müddətinib uzadılması ilə bağlı verilən vəsatətə baxılıb.

Bildirək ki, M.Ceyhan Azərbaycana qanunsuz yolla sərhəddən keçməkdə ittiham edilərək həbs edilmiş və 1 il azadlıqdan məhrum edilmiçdi. Onun həbs müddəti başa çatıb.

Məhkəmə müşavirədən sonra qərarı elan edib. Qərara əsasən M.Ceyhan barəsində həbs müddəti seçilib.

M.Ceyhanla bağlı Dövlət Miqrasiya Xidmətinə və BMT-yə göndərilən soruğuların cavabı gözlənilir.

Mustafa Ceyhan Azərbaycan Respublikasına qanunsuz yolla keçmək istəməkdə ittiham edilir. Amma o, bu ittihamı rədd edir. Mustafa Ceyhan heç bir terror təşkilatının üzvü olmadığını. BMT-dən də sığınacaq aldığını söyləyir.

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barsində ölkəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 559          Tarix: 20-04-2018, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma