Bu ilin oktyabr ayı ərzində 1 895 356 ton Azərbaycan nefti Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) dünya bazarına çıxarılıb.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu həcmin 1 201 814 tonunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 21 036 310 ton təşkil edib. Bu isə ötən ilin müvafiq dövründən 14,6% azdır.
Ümumiyyətlə, BTC istismara verilən gündən (2006-cı il, iyun) 2017-ci il noyabr ayının 1-ə qədər Ceyhan limanından 340,871 mln. ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə bazara çıxarılır. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır, gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir.
Paylaş: