Xəbər lenti

 

NATO Rusiya ilə yeni silah rəqabətinə cəlb olunmamaqda qərarlıdır.

Ovqat.com “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens  Stoltenberq deyib.

Bununla bərabər o, xəbərdarlıq edib ki, Moskva Qərbə təhlükə törədə biləcək yeni nüvə silahları inkişaf etdirir.

“Rusiya yeni nüvə sistemləri inkişaf etdirməklə öz nüvə qabiliyyətini müasirləşdirir və hərbi strategiyasında nüvə silahlarının rolunu artırır. Bu narahatlıq üçün real səbəbdir.” – deyə NATO katibi General Yens Stoltenberq cümə günü Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Dünyanın müxtəlif yerlərindən Almaniyanın cənub şəhərində toplaşan siyasi və hərbi liderlər hazırkı qlobal nizamın gələcəyi ilə bağlı şübhələr fonunda müdafiə məsələlərini müzakirə ediblər.

Stoltenberq deyib ki, NATO yeni Soyuq Müharibəyə yol vermək niyyətində deyil. Bununla bərabər, katib Avropa İttifaqı ölkələrinin müdafiə məsələlərində daha yaxından əməkdaşlıq etmək qərarını alqışlayıb.

Birləşmiş Ştatlar son həftələr səslənən narahatlıqlarla bağlı razılığını ifadə edib. Lakin Almaniyanın Müdafiə naziri Ursula Von Der Leyen konfransda bildiridi ki, bu narahatlıqlar yersizdir.

Vaşinqton dəfələrlə avropalı müttəfiqlərini müdafiə xərclərini artırmağa səsləyib. ABŞ müdafiə naziri Cim Mattis cümə günü Münhendə olsa da, konfransda çıxış etməyib.




Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 17-02-2018, 18:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent