Xəbər lenti
 

Aprelin 6-da Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin keçmiş rəisi, general-mayor Zakir Nəsirov, nəhayət, azadlığa çıxıb.
Bu haqda məlumatı Virtualaz.org saytı yayıb.
Saytın məlumatına görə, DİN-in sabiq idarə rəisi cəzasının əsas hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulmuşdular. 2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunmuş, onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilmişdi. Zakir Nəsirov Qobustan həbsxanasında saxlanılırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında 2017-ci ilin mart ayında imzaladığı sərəncama əsasən, Zakir Nəsirovun cəzası 15 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdi.
Məhbus general cəzasının 3/2 hissəsini çəkdiyindən, məhkəmə qərarı ilə azadlığa buraxılıb.



Ana səhifəyə qayıt        Baxış: 1 469          Tarix: 9-04-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma