Xəbər lenti
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
Paşazadələrin şəriki olmuş Müğdət Həşimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə M.Həşimov son sözlə çıxış edib.
1 il 7 aydan çoxdur qanunsuz olaraq həbsdə saxlanıldığını deyən Həşimov şərlənərək həbs edildiyini iddia edib.
“Cinayət işi 5 cilddən ibarətdir. Həmin işdə olanlar şər-böhtandan ibarətdir. Məndən şantajla klinikanı boşaltmağı tələb ediblər. Lakin 3 ay klinikanı boşaltmayıb, danışıqlar aparmışam ki, klinikanın fəaliyyətini bərpa edim. Lakin Ramazan Zeynalov klinikanı boşaltmağımı tələb edərək məni hədələyib. Əsas məsələ isə budur ki, Ramazan Zeynalovun bu işdə zərərçəkmiş kimi tanınması absurddur. O deyir ki, guya klinikadan avadanlıqları çıxararaq satmışam. Amma Ramazan Zeynalovun icazəsi olmadan oradan çöp belə götürmək olmaz. Necə olur ki, iki həftə ərzində oradan avadanlıqları maşınlara yükləyərək aparmışam? Mazan bunları görmürdü? Bizim orada rentgen aparatımız var. Məhkəmə qərarı var ki, oradan rentgen aparatını götürək, amma Ramazan Zeynalov məhkəmə qərarını icra etmir, rentgen aparatını götürməyə gedənləri qovur”- deyə Müğdət Həşimov son sözünə əlavə edərkən deyib.
Təqdirləndirilən Müğdət Həşimov onu da qeyd edib ki, illərdir qurduğu biznesi idarə etmək əvəzinə hüquq-mühafizə orqanlarında sifarişli şikayətlərlə bağlı izahat verməyə məcbur olub.
“Mənim barəmdə “Banditzm”ə şikayət olundu. İzahat verəndən sonra işin mülki iş olduğu müəyyən edilidi, şikayəytin icraatına xitam verildi. Bundan sonra prokurorluğa şikayət edildi. Ümid edirdim ki, orada barəmdə olan şikayətə xitam veriləcək. Amma əksinə oldu, barəmdə qanunsuz cinayət işi başlandı. Ramazan Zeynalovun səhfini başa düşəcəyinə ümid edirdim. Çünki banklara olan borcları ödədim. Ramazan Zeynalov məni otağına çağırdı. Əlini Qurana basdı ki, 11 günə işə başlayacam, bununla bağlı Cavanşir Paşazadə ilə danışdığını dedi. Amma 11 gündən sonra həbs edildim”-deyən Müğdət Həşimov baş verənlərlə bağlı deputat Cavanşir Paşazadəyə məktub göndərdiyini də deyib. Amma məktub açılmamış geri qaytarıldı.
“Klinikadan evinə çörək aparan 100-ə yaxın insanı işsiz qoydular. Ramazan Zeynalov dəfələrlə bəyan edib ki, klinikanı özü bağlatdırıb, səbəb isə avadanlıqların guya köhnə olması olub. Avadanlıqların köhnə olmasının Ramazan Zeynalova aidiyyatı olmamalıdır. Çünki həmin klinikaya lisenziya almışam, klinikaya mebel almışam. Həmçinin qeyd edim ki, Ramazan Zeynalov cəza istənilməmişdən əvvəl bir məclisdə deyib ki, prokuror Müğdət Həşimova 11 il cəza istəyəcək. Elə də oldu”.
Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirəyə gediblər.
Müşavirədən qayıdan məhkəmə hökmü elan edib. Hökmə əsasən M.Həşimov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Müğdət Həşimovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, M.Həşimov 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1 (vergidən yayınma) maddələr ilə də ittiham irəli sürülüb.
Tərəflər arasında şərikliyin şərtinə görə Bank “VTB”dən 700 min manat götürülüb. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub.
M.Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə M.Həşimov arasında bölünməli imiş.
M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar