Xəbər lenti
16-11-2019, 23:45
16-11-2019, 23:09

 

 Nazilə Nəriman

Son zamanlar şəhidlər haqqında təhqiramiz ifadələr eşidirik və bu qırmızı cizgini keçmək deməkdir. Düzdür, bu cizgini aşanlara qarşı cəmiyyətin təpkisi xeyli sərt olur, amma, bu yeni-yeni nərminlərin ortaya çıxmasını əngəlləmir. Bəs görəsən niyə görə, bu cür sərt təpkilər, söyüş və təhqirlər olacağının bilə-bilə bəzi gənclər buna gedir?

Təbii ki, hansısa maraqların muqabilində söyüş və təhqirləri qəbul edirlər. Bu gün Nərmin xarici ölkələrə səfər edir, gəzir, istirahət edir, kefini çəkir. Bəs onun bu səfərlərinin xərcini kimlər, hansı qüvvələr çəkir; buna diqqət yetirən yoxdur. Bu gün təəssüf ki. qəhrəman oğlumuz Mubariz Qəhrəmanova nifrət edənlər təkcə ermənilər deyil. Sapı özümüzdən olan, damarlarında düşmən millətin qanını daşıyan, yüksək vəzifələr tutan, xaricdə Azərbaycan diasporunu təmsil edənlər arasında da Mübarizə və digər Şəhidlərimizə qatı nifrət bəsləyənlər az deyi və nərminləri "qidalandıranlar", bu gənclərin  arxasında gizlənib onların dili ilə öz nifrətlərini qusanlar da belələridir.

Bəzən də onların boş yerə həlak olduğunu düşünənlərə rast gəlirik. Çox vaxt belə ittihamlar eşidirik ki, şəhid yalnız kasıb balası olur. Bu, həqiqətdir və məntiqəuyğundur. Başqa cür ola da bilməz. Hamı yaxşı bilir ki, ölkəmizdəki varlılar pullarını halal yolla qazanmayıblar. İnsanların cibinə giriblər, dövlət büdcəsindən xalqın malını oğurlayıb milyonlara sahib olublar. Övladlarını da bu haram pullarla böyüdüblər. Amma təkcə bu deyil. Onların harınlamış övladları qumar, narkotika, zina kimi haram əməllərlə də özlərini murdarlayıblar. Minlərlə qızın ismətini pulla satın alıblar. Avtoşluq edərək neçə ömrü yarıda qırıblar. Allah belələrini şəhidlik kimi muqəddəs bir məqama qəbul edərmi?

Siz diqqət etmisinizsə, səhid olanlar istər mənəvi baxımdan, istərsə də zahirən  yaşıdlarından fərqlənir. Biz isə İmanlı, dürüst, cəsur, yaraşıqlı, ağıllı və nur simalı, ilk növbədə  yüksək mənəviyyata malik və vətən sevgisi ilə yaşayan bu gənclərin seçilmiş bəndələr oluğunu sonadək dərk edə bilmirik. Şəhidlər haqda müqəddəs kitabımız Qurani-Kərimdə bu fikir dəfələrlə təsbit olunub.

"Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. (Bəqərə 154)

Bəs onların son nəfəslərini verərkən simalarında həkk olunan təbəssüm işığına necə, sahid olmusunuzmu? İnsan ölüm anında onu bu qədər sevindirəcək, üzünü güldürən nə görə bilər ki? Bu suala da muqəddəs kitabımızda cavab tapmaq olar:

"Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn nemət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincək olurlar”. (Ali İmran 170-171)

Lakin aşkar cavablara baxmayaraq, Şəhidlərin son nəfəslərində üzlərində donub qalan sevinc izlərinin, təbəssümün səbəbini  anlamaqda çətinlik çəkirik.

Ölüm haqdır. İnsanların doğulmaq və ölmək müddəti Allaha məxsusdur. Amma ömür boyu necə yaşamaq hüququ özümüzə verilib. Hər kəs həyatda qoyduğu izlərə görə özü cavabdehdir. “Qismətim belə gətirdi, içki düşgünü oldum, qatıl oldum, qumar oynadım, narkoman oldum” kimi sözlər bəhanədən başqa şey deyil. Allah hamıya ağıl –düşüncə verib. Bəs necə olur ki, kasıb ailədə doğulan, ehtiyac içində yaşayan bir gənc həyatda qarşısına qoyduğu bütün məqsədlərə çatır, bütün ehtiyacları ödənən, heç bir çətinlik görməyən başqa bir gənc isə narkoman, qumarbaz olur?

Bu gün dövlətimiz başda olmaqla, bütün xalqımız yazıcılar-şairlər, elm adamları, tələbələr, sənət adamları ( şou-biznes əhli istisna olmaqla) bir sözlə hamı bir nəfər kimi Şəhidlərin ailələrini ziyarət etməli (kompaniya şəklində deyil, davamlı olaraq) onlara maddi-mənəvi yardımları əsirgəməməli, dövlət qurumları bu ailələrin yaşayış səviyyələrini yaxşılaşdırmalı, şəhid övladları üçün bütün qapılar açıq olmalı, deputatlarımız hərə öz dairəsi üzrə hər ay şəhid ailələrini ziyarət etməldir. Televiziya kanalları reytinq dalınca qaçmaqdan əl çəkib öz yayım siyasətlərində ciddi dəyişiklik etməli və şou-biznes əhlini günün qəhrəmanlarına çevirməkdən əl çəkməlidirlər. Bütün efirlərin əsas qəhrəmanları Şəhidlər, əsgərlər, qazilər olmalıdır, təlxəklər yox.   

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Əziz Vətən oğulları, Şəhidlik məqamınız mübarək!




Ana səhifəyə qayıt        Baxış: 216          Tarix: 20-10-2019, 10:46      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent