Xəbər lenti

 Bir müddət əvvəl sosial tələblərlə çalxalanan İran indi dərviş üsyanlarına səhnə olub.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin ən tanınmış sufisi Nemətullah Rahinin həbs olunması ciddi narazılığa yol açıb.

Bu ayın əvvəlində liderlərinin həbsindən qəzəblənən dərvişlər Pasdaran şəhərinin Gülüstan küçəsində etiraz aksiyaları keçirirlər. Aksiyaları yatırtmaq istəyən polislərlə ciddi qarşıdurmalar yaşanır. Dərvişlərin öz liderlərinin evini müdafiə etdikləri xəbər verilir.

 

Məlumata görə, qarşdurmalarda 3 polis nəfəri öldürülüb. Aksiyaçılar arasında da ciddi xəsarət alanlar ölənlər var.

Etitazçıların atəşə verdiyi küçələrdə qarşıdurmaların hələ də səngimədiyi bildirilir.

Nemətullah Rahinin niyə həbs edildiyi bilinmir.

 

Hadisə yerindən çəkilmiş videoları təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 1 690          Tarix: 19-02-2018, 23:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma