Xəbər lenti

   

“Paşinyana Rusiyanın mənfi münasibəti daxil, bizi ümidləndirən digər ehtimallar hamısı bir oyundur və Kreml erməni kartı ilə I Pyotrun vəsiyyətlərini həyata keçirir”.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin keçmiş rəhbəri, tanınmış publisist-yazar Eldar Sabiroğlu Ovqat.com-a göndərdiyi yazılı açıqlamasında belə deyib.

 Rusiyanın bir qrup siyasət adamının və   Duma üzvlərinin iştirakı ilə İrəvanda keçirilən toplantısını şərh edən Eldar Sabiroğlunun fikrincə, həmin toplantıda Bakının "İsgəndər"raketləri ilə bombardıman edilməsindən tutmuş Azərbaycana qarşı müharibədə  ən iyrənc mübarizə metodlarının tətbiqinə dair aparılan müzakirərələr göstərdi ki, Moskva bu gün də işğalçının yanındadır və heç bir halda bu məkrli siyasətindən imtina etməyi düşünmür.

 Nədən ki, “Kremldəki gizli əllərdən xəbərsiz bu cür geniştərkibli tədbirin təşkilini təsəvvürə gətirmək çətindir. Nümayəndə heyətinin tərkibinə diqqətlə baxsaq,  Rusiyanın hakim dairələrinə birbaşa bağlılığı olan tanınmış siyasi ekspertlərin məlum toplantıda təmsil edildiyini görə bilərik.

Azərbaycan-Ermənistan qarşıdurmasının 30 illik tarixində belə aşkar formatda hansısa tədbirin keçiridiyini xatırlamıram. Rusiya hec tükünü də tərpətmədi. Dünya da susdu. Minsk Qrupu haqda isə danışmağa ümumiyyətlə lüzum görmürəm.  Bir anlığa təsəvvür edək ki, Ermənistana qarşı Bakıda oxşar belə bir tədbir təşkil olunur və burada Türkiyədən təşrif buyuran müstəqil siyasətçi İrəvanın bombalanması barədə çıxış edir. Həmən Yer kürəsi bir-birinə dəyərdi. Dörd yandan tökülüşərdilər Azərbaycanın üzərinə. Bu da dünyanın ədaləti! Gözünə girsin belə ədalət!!!

  Rusiyanın hazırkı siyasəti Birinci Pyotrun   vəsiyyətini xatırladır. O, ruslara vəsiyyətində bildirir ki, Hindistandan Avropaya qədər sərhədlərimiz genişləndirilməlidir. İstanbul Rusiyanın paytaxtı olmalıdır. Azərbaycandan müsəlmanları təmizləyib bu torpaqlara erməniləri və digər millətləri yerləşdirməliyik. Müsəlmanlarda nifaq yaratmaq üçün sünni-şiə məzhəbləri  arasında ixtilafa xüsusi diqqət göstərilməlidir. Müsəlmanı özünü dərk etməyə buraxsaq, bizim üçün təhlükəyə çevrilər. Zaman-zaman, indinin özündə də Rusiyanın apardığı militarist siyasət Pyotrun vəsiyyətindən kənara çıxmır və çıxacağına da ümüd bəsləmək olmaz”.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 997          Tarix: 7-12-2018, 07:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma