Xəbər lenti

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq həm də eks-nazirin köməkçisi olmuş, polkovnik-leytenant Vüqar Mahmudov MTN-nin vəzifəli şəxsləri barəsində açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Noyabrın 4-də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov həmin iş üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq, ifadəsi alınıb. 

Bəzi məlumatlara görə, bu, Eldar Mahmudovun həbsinə hazırlıq prosesinin tərkib hissəsidir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a deyib ki, cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Vüqar Mahmudov həm də Eldar Mahmudovun əmisi oğludur. 




Ana səhifəyə qayıt        Baxış: 1 045          Tarix: 8-11-2017, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma