Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

Bir təcrübə yüz nəsihətdən əfzəldir

İqtisadçı Qulu İbrahimli ilə deputat İqbal Məmmədov barışıb.

Ovqat.com xəbər verir ki, məlumatı iş adamı Mürvət Həsənli paylaşıb.

Barışıq görüşü Mürvət Həsənliyə aid “Xəmsə” restoranında baş tutub.

Facebook səhifəsində barışıq görüşünün şəkilini paylaşan Mürvət Həsənli hadisəni belə şərh edib:

“Həmişə ən ədalətli və qərəzsiz mövqedə dura biləcək adamlara barışıq görüşlərinin təşkilini həvalə edirlər. Sevinərəm və fəxr edirəm ki, iki gözəl insanın barışmasında mənim də az da olsa iştirakım oldu”.

Qeyd edək ki, Qulu İbrahimli ilə İqbal Məmmədov arasında münaqişə deputatın onun üçün qurulan internet hesablama sistemi üçün ödənişdən imtina etməsilə başlamışdı. Öz xidmət haqqını tələb edən iqtisadçıya deputatın verdiyi rədd cavabı ikili arasında uzun müddətdən bəri sürən söz didişmələrinin əsasını qoymuşdu.

Görünür, 54 yaşlı deputatın  bir iş adamının haqqının yeyilməsinin nə anlama gəldiyini anlaması üçün bu ağrını öz dərisində hiss etrməsi lazım imiş. Vergilər Nazirliyinin “Relax-Lerik”də apardığı qalmaqallı reydi ona bu hissi yaşatmış və deputat sonunda ağ bayraq qaldırmağın daha doğru olacağına qərar vermişdir.

Necə deyərlər, bir təcrübə yüz nəsihətdən əfzəldir.




Ana səhifəyə qayıt        Baxış: 484          Tarix: 22-08-2019, 10:42      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent