Xəbər lenti

 

Milli Məclisin deputatı İqbal Məmmədov “Relaks” istirahət və turizm mərkəzində baş verən insidentlə əlaqədar KİV-də yayılan məlumatlara aydınlıq gətirib.

“Report”un xəbərinə görə, deputat bildirib ki, həmin istirahət mərkəzinin təsisçisi və rəhbəri onun qardaşı oğlu Məmmədov Çingiz Nəriman oğludur:

“İstirahət mərkəzində baş vermiş insidentlə əlaqədar dərin təəssüf hissi keçirir və mərkəzin əməkdaşlarının hərəkətlərini qəti şəkildə pisləyirəm. Mənə məzuniyyətdən qayıtdıqdan sonra bu barədə məlumat verdilər. Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalara köməklik məqsədilə yoxlama komissiyasına zəruri sənədlərin təqidm olunması təmin ediləcək.

Mərkəzin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olması ilə bağlı KİV-də yayılan məlumatlar yalandır, heç bir hüquqi əsası yoxdur.

Ümid edirəm ki, qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq qərarlar qəbul ediləcək”.




Ana səhifəyə qayıt        Baxış: 546          Tarix: 19-08-2019, 18:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma