Xəbər lenti

 

 Türkiyəni təmsil edən Azərbaycan əsilli atlet Ramil Quliyev Londonda davam edən atletika üzrə dünya çempionatında qızıl medal qazanıb.

 “Qafqazinfo” xəbər verir ki, Ramil 200 metr məsafəyə qaçışda finişə hamıdan birinci çatıb. Onun göstəricisi 20:09 olub.

 Qələbədən sonra Ramil göz yaşlarına hakim ola bilməyib.

 Bu, Türkiyənin Dünya Atletika Çempionatlarında ilk qızıl medalı kimi tarixə düşüb.

 20:11 saniyə ilə Cənubi Afrikalı atlet Veyd Van Niekerk gümüş medal qazanıb. Eyni nəticəni göstərən Trinidad və Tobaqo təmsilçisi Cerim Riçards isə bürünc medala sahib olub. O, saniyənin mində biri qədər fərqlə gümüş medalı ədən verib.




Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 11-08-2017, 07:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma