Xəbər lenti
Dünən, 20:40
Rusiya Dövlət Dumasının deputatı, özünün ermənipərəst fəaliyyəti ilə tanınan bədnam MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovu həbsdən “şəxsən xilas etdiyini” deyib.
Ovqat.com Virtualaz.org-a istinadən xəbər verir ki, Zatulin bu haqda başçılıq etdiyi institutda keçirilən “Həmvətənlərə Rusiya vətəndaşlığının verilməsi” mövzusunda dəyirmi masada deyib. Həmin dəyirmi masa əslində martın 21-də keçirilib, lakin stenoqramını materik.ru saytı indi yayıb.
“Mən hələ Belarusun Rusiya vətəndaşını Dağlıq Qarabağa getdiyinə görə tutub Azərbaycana təhvil verməsindən danışmayacam. 90-cı illərdə biz Azərbaycanın sorğusu əsasında təhvil vermə ilə fəal məşğul olurduq. Mən Azərbaycana keçmiş prezident Ayaz Mütəllibovun təhvil verilməsinin qarşısını şəxsən almışam. Hansı ki, onu təhvil alıb orada həbsə atmağı çox istəyirdilər”-Konstantin Zatulin bildirib.
Xatırladaq ki, Ayaz Mütəllibov 90-cı illərin əvvəllərində Azərbaycandan qaçandan sonra Moskvada sığınacaq alıb. Onun tutulub təhvil verilməsinə dair Bakının tələbləri uzun müddət təmin edilməyib. Nəhayət Mütəllibov Azərbaycan rəhbərliyinin xoş məram nümayiş etdirməsi sayəsində ölkəyə qayıdıb. Ona eks-prezident statusu verilib, pensiya təyin edilib. Zatulinin Mütəllibovun təhvil verilməsini şəxsən necə əngəlləməsi barədə təfərrüatlar məlum deyil.



Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 24-04-2017, 15:49      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent