Xəbər lenti

 

Kürdüstan Yurdsevərlər Birliyinin Baş katibi Calal Təlabani dünyasını dəyişib.

Ovqat.com Şimali İraq xəbər portallarına istinadən bildirir ki, Təlabani Almaniyada uzun müddətdən bəri müalicə olunduğu xəstəxanada ölüb.

Bir zamanlar İraqın prezidenti vəzifəsini icra edən Təlabani 2012-ci ildə keçirdiyi beyin qanaması nəticəsində iflic olmuş və Almaniyada müalicəyə getmişdi. İkiillik müalicədən sonra 2014-cü ildə vətəninə qayıdan kürd siyasətçinin səhhəti ötən ay yenidən pisləşmişdi. Yenidən o, Almaniyaya müalicəyə getmişdi.

Təlabani 1933-cü il doğumlu idi.

Təlabaninin ölümü Şimali İraqda baş verən hadisələrə təsirsiz ötüşməyəcək.




Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 3-10-2017, 17:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma