Xəbər lenti

 Elfira Məmmədli  Bakı şəhəri 329 saylı tam orta məktəbin IVa sinfində oxuyur. Boş vaxtlarında bədii yaradıcılıqla məşğul olur. Ovqat.com Elfira Məmmədlinin bədii yaradıcılıq nümunələrini oxucuların diqqətinə çatdırır.

 

TOP İSTİOT

Bir gün bibimin oğlu Yusif bizə gəlmişdi. O vaxt onun beş yaşı olardı. Biz onunla oyun oynadıq, vaxt keçirdik. Yemək vaxtı bacım, mən və Yusif əllərimizi yuyub süfrəyə oturduq. Nənəm bizə şorba bişirmişdi. Şorbanın içində top (diri) istiotlar var idi. Onlardan biri də Yusifin boşqabına düşmüşdü. Yusif onu bilmədən qaşığına aldı və ağzına qoydu. Birdən Yusifin nəfəsi kəsildi. Hamı ona diqqətlə baxırdı. Heç gözləmədiyimiz bir zamanda Yusif  “su, su, su, su.., a, a, a, a…” -deyib qışqırmağa başladı. O, elə qışqırırdı ki, həqiqətən də, sanki evdə zəlzələ baş verirdi. Tez ona su verdik, birdən səs kəsildi.

Səhər mən yuxudan durdum. Gördüm ki, qulaqlarım bərk ağrıyır. Mən qulaqlarımı təmizləməyə getdim. Qulaq çöpü götürdüm. Qulaqlarımı təmizləmək istəyəndə gördüm ki, qulaq çöpü getdikcə gedir. Sən demə, qulaqlarımın pərdəsi dünənki səsdən cırılıbmış.

***

Ağa xoruz

Birdən gəlib bir xoruz

Başladı öyünməyə:

  • Hər kəsdən güclüyəm mən,

Buranın bəyiyəm mən.

Ana toyuq bu söhbəti eşitdi:

  • Başa düşdük hər kəsdən güclüsən sən,

Səni belə böyüdən də mənəm, mən.

Cücələr də eşidib bu söhbəti,

Dedilər:

  • Hanı bəs bizim yerimiz, düşündünüzmü?

Gələcəyin ağaları bizik, biz!

Sahibi gəldi gördü ki, davadır,

Davanı başlayan Xoruz ağadır.

Kəsdi Xoruz ağanı,

Bişirdilər, yedilər sahibin qonaqları.

 

İnək

İnək bizə süd verir,

Südündən, qatığından.

Biz də təşəkkür etdik.

Ailəmizin adından.

 

Qar

Qara mən əl vururam,

Elə bil ki, pambıqdı.

Qar yağıbdı ağaclar

Süd kimi ağarıbdır.

Əl vururam üzümə

Donubdu lap buz kimi.

Yanaqlarım olubdu

Almayanaq qız kimi.




Ana səhifəyə qayıt        Baxış: 621          Tarix: 1-01-2019, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma