Xəbər lenti

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sabir Nağıyevə general-leytenant ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

“Sabir Nağı oğlu Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilsin”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bəhlul Əliyevə general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

“Bəhlul Lətif oğlu Əliyevə general-mayor ali hərbi rütbəsi verilsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Xüsusi Dövlət Mühafizə Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Atakişiyev Kamil Atakişi oğlu – polkovnik

Zeynalov Elşən Əsgər oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Əliyev Elçin Qədir oğlu – polkovnik

Babayev Həsənalı Balaca oğlu – polkovnik-leytenant

Hüseynov Ağabala Mirzəbala oğlu – polkovnik-leytenant

Muradov Namiq Adil oğlu – polkovnik-leytenant

İbrahimov Oruc Adil oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Abbasov Ədalət Hekayət oğlu – polkovnik

İbrahimov Mircəlal Cəfərağa oğlu – polkovnik

Mayılov Ağamiri Səfi oğlu – polkovnik

Cəfərov Sənan Aslan oğlu – polkovnik-leytenant

Əliyev Mürsəl Sadıq oğlu – polkovnik-leytenant

Eynalov Əfqan Telman oğlu – mayor

Mirzəyev Rəşad Gülağa oğlu – mayor

“Tərəqqi” medalı ilə

Rzayev Rasim Rahib oğlu

“Hərbi xidmətlərə görə” medalı ilə

Həsənov Rövşən Adil oğlu – polkovnik

Novruzov Vasif Usub oğlu – polkovnik

Rzayev Fikrət Əşrəf oğlu – polkovnik

Süleymanov Bəhlul Eyvaz oğlu – polkovnik

Cəfərov Qabil Kərim oğlu – polkovnik-leytenant

Təhməzov İrafət Ağasəf oğlu – polkovnik-leytenant

Bayramov Mübariz Aslan oğlu – tibb xidməti mayoru

Eminov Elşən Ərəstun oğlu – mayor

Eminov Vüqar Çingiz oğlu – mayor

Əhmədov Ramin İbrahim oğlu – mayor

Nəbiyev Tural Bəhman oğlu – mayor

Nəsirov Tamerlan Tariel oğlu – mayor

Behbudov Rəhim Əli oğlu – kapitan

Əhmədov Sərdar Eldar oğlu – kapitan

İsmayıl-zadə Elnur Tariyel oğlu – kapitan

Tatlıyev Orxan Ramiz oğlu – kapitan

Ələsgərov Rövşən Aydın oğlu – baş leytenant

Abıyev Vüqar İldar oğlu – gizir

Babayev Nemət Həbib oğlu – gizir

Xələfov Anar Səhhət oğlu – gizir

Hüseyinov Elçin Allahpayı oğlu – baş çavuş

Xudiyev Şamo Şakir oğlu – baş çavuş

Novruzbəyov Rasim Həsən-bala oğlu – baş çavuş

Zərbəliyev Cavanşir Ramiz oğlu – baş çavuş”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiqi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1648-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.1-ci maddəsinə uyğun olaraq əldə olunan vəsaitin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesablarına köçürülən hissəsi aşağıdakı kimi müəyyən edilsin:

2.1. 2019-2022-ci illər üçün – 100 faizi;

2.2. 2023-cü il və növbəti illər üçün – 50 faizi.

3. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 152, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bənddə “22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.15-4-cü maddəsində” sözləri “22-1.1-ci maddəsinin birinci cümləsində (ikinci halda), 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda), 23.1.15-4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. 1.1-2-ci bənddə “(ikinci halda)” sözləri “(üçüncü halda)” sözləri ilə əvəz edilsin;

3.3. 1.1-8-ci bəndə “həmin Məcəllənin” sözlərindən sonra “22-1.3-cü (ikinci halda),” sözləri əlavə edilsin;

3.4. aşağıdakı məzmunda 1.1-9-cu bənd əlavə edilsin:

“1.1-9. həmin Məcəllənin 22-1.3-cü maddəsində (birinci və üçüncü hallarda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur.”.

4. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 762, №11, maddə 2023, № 12 (I kitab), maddə 2343; 2018, № 6, maddə 1235, № 9, maddə 1842, № 12 (I kitab), maddələr 2555, 2603; 2019, № 1, maddə 95, № 3, maddə 435, № 4, maddə 645;

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 753 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.2-ci bənddə “50 faizi” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hissəsi” sözləri ilə əvəz edilsin;

4.2. 2.2.2-ci yarımbənddə “43 faiz” sözləri “bu Fərmanın 2.2.1-ci və 2.2.1-1-ci yarımbəndləri nəzərə alınmaqla, qalan hissəsi” sözləri ilə əvəz edilsin;

4.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1-ci bəndinə “Xüsusi vəsait” sözlərindən sonra “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.3-cü maddəsinə əsasən, habelə” sözləri əlavə edilsin;

4.4. həmin Qaydaya Əlavənin “Qanunda nəzərdə tutulmuş mənbələr hesabına formalaşan və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xüsusi xəzinə hesabına köçürülən vəsait barədə məlumat” cədvəlinə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

2-1.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin

22-1.3-cü maddəsinə əsasən köçürülən vəsait

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1659-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1659-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.




Ana səhifəyə qayıt        Baxış: 37          Tarix: 21-08-2019, 22:47      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent