Xəbər lenti

 

Qobunun tarixi memarlıq abidələrindən biri də kənddə yerləşən hamamdır.

Hamam XIX əsrdə, təxminən 1882-ci ildə kəndin xeyriyyəçisi Mirzə Abdulla tərəfindən inşa edilib. Bəzi mənbələrdə isə hamamın kənd sakini Hacı Kazım ağanın şəxsi vəsaiti hesabına tikildiyi deyilir.

Oxu.Az-ın əməkdaşları tarixi memarlıq abidəsi sayılan hamamdan reportaj hazırlayıb.

Kənd sakini Akif Qasımov hamamın qısa fasilələrlə olsa da, 1995-ci ilə kimi fəaliyyət göstərdiyini deyib:

“Bu hamam məşhur “O olmasın, bu olsun” filmindəki Məşədi İbadın getdiyi hamama bənzəyir. Çünki hər ikisi eyni layihə əsasında hazırlanıb. Ancaq gördüyünüz kimi, hazırda hamam yararsız vəziyyətdədir. Biz onun dağılmasını istəmirik.

XIX əsrdə inşa edilən hamam tarixi abidə kimi qorunmalıdır. Baxımsız vəziyyətdə olan tikilinin ciddi təmirə ehtiyacı var”.

Hamam şərq memarlıq üslubunda tikilib:

“Qeyd edim ki, o vaxt bu hamam kəndin ən görməli və önəmli yerlərindən biri idi. Bütün kənd sakinləri hamamdan istifadə edirdi. Həftənin cüt günləri kişilər, tək günləri isə qadınlar hamama gedirdi. Amma indi hamam baxımsız və bərbad vəziyyətdədir.

Hamamda xeyli maraqlı hadisələr baş verirdi.  Məsələn, uşaq olanda anam məni özü ilə qadınlar olan günü hamama aparırdı. Müəllimələrim də orada olanda utandığımdan qaçmaq istəyirdim, amma məcbur qalmalı olurdum (gülür).

Hamam bir növ gəlinlərin, qızların istirahət etdiyi, subay oğlu olan anaların öz oğlanlarına qız bəyəndikləri yer idi. Ərə getmək istəyən qızlar da buraya gəlirdi”.

Onu da əlavə edim ki, Nuru Paşa və əsgərləri də kənddə olduqları müddətdə bu hamamdan istifadə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: 17-09-2019, 16:17      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent