Xəbər lenti

 

Almaniyanın “Der Freitag” qəzetində dərc edilən “Martin Sonneborn immunitetindən sui-istifadə edir” adlı məqalədə beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edilən Dağlıq Qarabağ bölgəsinin 25 ildən artıqdır Ermənistan tərəfindən işğal altında saxlanıldığı nəzərə çatdırılır.

 

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməklə yanaşı, bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvalarından didərgin saldığı vurğulanır. Qondarma “Dağlıq Qarabağ respublikası”nın dünyanın heç bir dövləti və ya təşkilatı tərəfindən tanınmadığı bildirilir. Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Almaniyanın mövqeyi açıqlanır və AFR XİN-ə istinadən Almaniyanın “Dağlıq Qarabağ respublikası” adlı qurumu tanınmadığı qeyd olunur.

 

Atəşkəs xətti boyunca daim atəş səslərinin eşidildiyi, habelə minalanmış ərazi təhlükəsinin olduğu vurğulanır. Avropa Parlamentinin həyat yoldaşı erməni olan deputatı Martin Sonnebornun Ermənistanın maraqlarını müdafiə etməklə məşğul olduğu nəzərə çatdırılır. Deputatın Dağlıq Qarabağa səfəri zamanı Brüsseldə fəaliyyət göstərən erməni lobbi təşkilatı Ədalət və Demokratiya naminə Avropa Erməniləri Federasiyasının prezidenti Kaspar Karampetyan və təşkilatın direktoru Hegvine Evinjan tərəfindən müşayiət olunduğu diqqətə çatdırılır. (Azərtac)




Ana səhifəyə qayıt        Baxış: 49          Tarix: 15-10-2019, 23:10      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent