Xəbər lenti

 

CXP-nın sədri Bədrəddin Quliyev Cümhuriyyət.net-i məhkəməyə verməyə hazırlaşır.

Bunu Ovqat.com-a partiya sədrinin özü açıqlayıb.

Onun məhkəməyə müraciət etmək istəməsinin səbəbi qəzetin internet səhifəsində CXP sədr barədə qərəzli məlumatların dərc olunmasıdır.

Qeyd edək ki, Bədrəddin Quliyevin saytımıza verdiyi müsahibəni şərh edən “Cümhuriyyət”in təhlilçisi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sifarişi və ölkə başçısını şantay etmək niyyətilə onun yazıldığını irəli sürüb. Məqsəd, guya, son zamanlar taxtı laxlayan fövqəlnazirin Prezident İlham Əliyevi “gizli məlumatları” mətbuata sızdırmaqla təhdid etməsi imiş. İndiyə qədər bilinməyən bəzi detalları gündəmə gətirən Bədrəddin Quliyev isə, guya, Kəmaləddin Heydərova bağlı iş adamıymış. Bu xoruz banı eşitməyən arqumentlərlə çıxış edən mətbu orqan isə hakim komandada “xəyanətkar ünsür” axtarıb və böyük bir müəmmanı ortaya çıxarıb. Üstəlik, araşdırmasını da hələ davam etdirəcəkmiş.

İttihamlara münasibətini bildirməsi üçün əlaqə saldığımız Bədrəddin Quliyev bu cür mənasız fikirlərə cavab vermək istəmədiyini, Azərbaycana qayıdan kimi ilk işinin isə saytı məhkəməyə vermək olacağını bildirdi.




Ana səhifəyə qayıt        Baxış: 1 768          Tarix: 22-08-2017, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma