Xəbər lenti

 

"İyulun 18-də bəzi saytlarda Fövqəladə Hallar Nazirliyinin ləğv olunacağı və nazirliyin rəhbərliyinin istefası ilə bağlı heç bir əsası olmayan məlumatlar yer alıb".

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

"Bu məlumatlar həqiqətə uyğun deyil, tamamilə əsassızdır", - deyə mətbuat xidmətindən bildirilib.

FHN mətbuat nümayəndələrini diqqətli və məsuliyyətli olmağa, nazirliklə bağlı məlumatları qurumun mətbuat xidməti ilə dəqiqləşdirdikdən sonra yaymağa çağırır.(APA)




Ana səhifəyə qayıt        Baxış: 1 486          Tarix: 18-07-2017, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma