Xəbər lenti

  
 
Aprelin 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış şair Kəmaləddin Qədimin 60 illik yubileyi və “Burdan ayrılıq keçib” şeirlər kitabının, eləcə də yubilyar haqqında məqalələr toplusu olan “Qonaqsevməz dünyanın şairi” kitablarının təqdimat mərasimi keçirilib.
Yubiley  tədbirini  giriş sözü ilə AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz açıb. O, K.Qədim yaradıcılığından, şəxsiyyətindən danışıb və yaxın vaxtlarda yubilyarın şeirlər kitabının İranda da dərc olunacağını deyib.
Daha sonra söz şair-jurnalist Telli Pənahqızına verilib. Telli xanım K.Qədimin yaradıcılığının sevilərək oxunmasından söz açıb.
Xalq şairi Sabir Rüstəmxanlı Kəmaləddin Qədimin poeziyasının məziyyətlərindən bəhs edərək, onun xalq hərəkatındakı rolundan danışıb. Qeyd edib ki, Kəmaləddin Qədim həm də bacarıqlı təşkilatçıdır.
Tədbirdə iştirak edən Mübariz Məsimoğlu, Aləm Kəngərli, Fərqanə Mehdiyeva, Məlahət Yusifqızı, Aləmzər Sadiqqızı, Zirəddin Qafarlı, Oqtay Rza, Abdulla Qurbani, Rəfael Həbiboğlu, Arzu Nehrəmli, Azadə Taleh, Xan Rəsuloğlu, Hafiz Rüstəm, Rəfael İncəyurd, Həmid Cəfərov və başqaları yubilyarın yaradıcılığı haqda xoş sözlər deyib.
Sonda Kəmaləddin Qədim tədbir iştirakçılarına təşəkkür edib və yeni şeirlərini səsləndirib.
Faiq Balabəyli




Ana səhifəyə qayıt        Baxış: 1 656          Tarix: 26-04-2017, 16:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma