Xəbər lenti
 
Mayın 3-də görkəmli şair Musa Yaqubun Aktyorlar evində saat 19.00-da oxucularla görüşü  olacaq. Görüş şairin 80 illik yubleyinə həsr ediləcək.
Bunu Ovqat.com-a Azərbaycan Yazıçılar Birliyinin üzvü Maarif Soltan bildirib.
Faktı təsdiq edən Musa Yaqub saytımız vasitəçilə bütün şeirsevərləri görüşünə dəvət etdi.

Şairin dediyinə görə, oxucularla görüşə əlidolu gələcək. O, son şeirlərinin toplandığı "İndi bildim, nağıldır" kitabını görüş iştirakçılarına hədiyyə edəcək.
Qeyd edək ki, Musa Yaqub Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib.
Şair ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb (1967-1973).
Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb.



Ana səhifəyə qayıt        Baxış: 2 109          Tarix: 19-04-2017, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma