Xəbər lenti

 BMT-nın baş katibi jurnalistlərin təqib edilməsinə son qoymağa çağırıb.

 Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə baş katib Antonio Qutyerres Ümumdünya Mətbuat Azadlığı gününə həsr olunmuş meşajında deyib.

 A. Qutyerres qeyd edib ki, jurnalistlər həyatlarını riskə ataraq həqiqəti çatdırmağa, təhlükəli yerlərdə yaşayan, çətin vəziyyətə düşən insanlara söz haqqı verməyə çalışır. Bunun nəticəsi olaraq KİV nümayəndələri böhtan, seksual təcavüz, həbsə məruz qalır, şikəst edilir, hətta öldürülürlər: “Ölkə başçıları söz azadlığını müdafiə etməlidir. Bu olmasa, biz yanlış məlumatlandırılmağın öhdəsindən gəlməyəcəyik. Bizim hər birimiz həqiqət hüququ uğrunda çıxış etməliyik. Biz jurnalistləri müdafiə edə bilsək, onların reportajları dünyanı dəyişə biləcək. Mətbuat azadlığı sülh və ədalətin zaminidir”.

 Qeyd edək ki, Ümumdünya Mətbuat Azadlığı Günü BMT tərəfindən 1993-cü ilin dekabrında təsis edilib. Hər il Vindhuk bəyannaməsinin ildönümündə bütün dünyada ümumdünya mətbuat azadlığı gününə həsr olunmuş tədbirlər keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 3-05-2017, 12:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma