
Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".
Ovqat.com bildirir ki, "Report"un xəbərinə görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyasını şərh edərkən bildirib.
"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür", - deyə, H.Hacıyev əlavə edib.
Xatırladaq ki, M.Zaxarova dünən Moskvada keçirdiyi brifinqdə Azərbaycan KİV-lərini tənqid edib.
Paylaş: