
Xəbər lenti
Bu gün, 12:26
Bu gün, 11:49
Bu gün, 10:24
Bu gün, 09:57
Dünən, 22:58
Dünən, 21:30
Dünən, 20:27
Dünən, 18:11
Dünən, 15:24
Dünən, 11:12
Dünən, 10:28
20-02-2025, 22:19
20-02-2025, 20:49
20-02-2025, 20:27

“Memorial” Antidiskriminasiya Mərkəzinin və Vətəndaş Cəmiyyəti İnstitutunun Ermənistanda etnik azlıqların diskriminasiyasıyla bağlı hazırladıqları alternativ hesabatda öncə ölkədə antidiskriminasiya qanununun olmaması qeyd edilir. “Memorial” AM-ın nümayəndəsi Stefaniya Kulayeva Rusiya mediasına açıqlamasında bu barədə danışıb. BMT –nin İrqi Ayrıseçkilyin Aradan Qaldırılması üzrə Komitəsinin 92-ci sessiyasında Ermənistanın dövlət hesabatına baxılması planlaşdırılıb. Aprelin 27-də BMT-nin sözü gedən Komitəsinə təqdim olunmuş alternativ hesabatda göstərilir ki, Ermənistan demək olar ki monoetnikdir. Çünki əhalisinin 98,2 faizi ermənilərdir. Əsasən kürdlərdən, yezidi kürdlərdən, assiriyalılardan və boşlardan ibarət cəmi 1,8 faiz təşkil edən etniklər kəskin ayrı-seçkilik şəraitində yaşayırlar.
2011-ci ilin siyahıyaalınmasına görə, Ermənistanda cəmi 8 etnik azlıq yaşayır: yezidi kürdlər -35308, ruslar - 11191, assiriyalılar-2769, kürdlər- 2162 nəfərdir.Hesabatda əsas problemlərdən biri kimi orta məktəblərdə etnik azlıqların övladlarına məcburən erməni kilsəsinin tarixinin geniş şəkildə öyrədilməsi göstərilir...P.S. Göründüyü kimi, Ələkrəm Hümbətov, Şahin Mirzəyev, Vəkil Mustafayev və s. kimi qondarma “etnik qəhrəmanların” vasitəsi ilə guya Azərbaycanda azsaylı xalqların hüquqlarının pozulduğunu dünyaya car çəkməyə ağılsız cəhdlər edən Ermənistanın özündə minimal sayda olan etniklər də ayrı-seçkiliyə məruz qalır.
Sultan Laçın
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər