Xəbər lenti

Bu gün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar edən şəxsin kimliyi məlum olub. "Report"un xəbərinə görə, bu, İsmayıllı rayon sakini 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğludur. O, özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb.

C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.

C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


*** 07:37

Bakı. 27 sentyabr. REPORT.AZ/ Səhər saat 07:35 radələrində Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, orta yaşlı kişi xəstəxananın müalicə olunduğu birinci korpusundakı palataların birinin pəncərəsindən özünü yerə atıb. O, hadisə yerində ölüb.

Hazırda xəstəxanaya Yasamal Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. İntiharın səbəbləri araşdırılır.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölən şəxsin kimliyi araşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 362          Tarix: 27-09-2017, 11:22      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent