Xəbər lenti

 

Rayondan Bakıya gələn sürücülər Bakı dairəvi yolundan şəhər mərkəzinə daha tez çata biləcəklər. Yaxın vaxtlarda xarici dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsinə birləşdirən 1,5 km uzunluğu olan yeni yol salınacaq. Bu yolun sürücülər üçün böyük alternativ olacağı gözlənilir

Sürücülər Bakı Xarici Dairəvi yoldan şəhər mərkəzinə daha asan və qısa məsafədə çata biləcəklər. Bu Dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsi ilə birləşdirəcək yeni yolun çəkilməsindən sonra mümkün olacaq. Yeni yol həm də "Mənzil İnşaatı Dövlət Agentliyi"nin ərazisindən keçəcək.

Hazırlıq mərhələsində olan layihə yaxın vaxtlarda tamamlanaraq aidiyyatı qurumlara göndəriləcək

Yeni yolda avtomobillərin rahat geri dönüş etmələri üçün dairənin də olacağı gözlənilir.\\xezerxeber




Ana səhifəyə qayıt        Baxış: 949          Tarix: 24-10-2017, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma