Xəbər lenti

  

Təxminən 3 aydır Bakı metrosunun “28 May” stansiyasında istifadəsi dayandırılan eskalatora baxış və onun yoxlanması işləri tamamlanıb.

Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, eskalatorlara baxışı istehsalçı şirkət özü həyata keçirib: “Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Əvvəldən əldə edilmiş razılaşmaya görə, onlar istədikləri zaman eskalatorların vəziyyətini təftiş edə bilər və “Bakı Metropoliteni” buna şərait yaratmalıdır. Yəni bu təmir deyil, istehsalçının təftişidir. Artıq eskalatorda işlər bitib”.

Metropoliten rəsmisi eskalatorların növbəli şəkildə fəaliyyət göstərdiyini və ehtiyac olacağı təqdirdə eyni vaxtda istifadəyə verilə biləcəyini qeyd edib.

Xatırladaq ki, təftişə dayandırılan eskalator metronun “28 May” stansiyasının 2015-ci ilin mayın 5-də təmirdən sonra yenidən istismara verilən köhnə çıxışında quraşdırılıb.




Ana səhifəyə qayıt        Baxış: 33          Tarix: 17-08-2019, 13:43      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent