Xəbər lenti

Göygöldə gənc qadının həyatına son qoyan kişi saxlanılıb.

Oxu.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları mənbələrindən məlumat verilib. 

Qeyd edək ki, sentyabrın 8-də Göygöldə qətl hadisəsi baş verib. Cinayətin qurbanı "Beynəlxalq Bank"ın Gəncə filialının əməkdaşı 35 yaşlı Günay Cəlilli olub. Qatil gənc qadının başını kəsib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl polis əməkdaşları cinayətdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Orxan Məmmədovu Bakıda yaxalayıblar. 

İlkin məlumatlara görə, G.Cəlilli iki uşaq anası dul qadın olub. Onun O.Məmmədovla yaxın münasibətdə olduğu bildirilir. Şəxslər arasında münaqişənin yaranma səbəbi isə G.Cəlillinin O.Məmmədovdan evlilik tələbi olub.

O.Məmmədov isə bundan imtina edib. Qeyd edək ki, Məmmədovun yaxınları da tərəflər arasındakı yaş fərqinə görə bu evliliyə razılıq verməyib. 

Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 36          Tarix: 9-09-2019, 13:25      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent