Xəbər lenti

  

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevi “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Qüdrət Həsənquliyev yubiley medalına layiq görüldüyü üçün Dövlət Sərhəd Xidmətinin rəisinə təşəkkürünü bildirilib.

Bununla bağlı BAXCP sədrinin general-polkovnik Elçin Quliyevə ünvanladığı təşəkkür məktubunda deyilir: “Hörmətli cənab

General-polkovnuk,

Məni Azərbaycanın dövlət sərhədlərinin qorunması kimi şərəfli və həm də böyük mənəvi yükü olan bir vəzifəni həyata keçirən nüfuzlu dövlət qurumunun - Dövlət Sərhəd Xidmətinin 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif etdiyiniz üçün Sizə təşəkkürümü bildirir, çətin və şərəfli işinizdə uğurlar diləyirəm”.\\Yeniavaz.com 






Ana səhifəyə qayıt        Baxış: 518          Tarix: 13-09-2019, 19:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma