Xəbər lenti

 Bərdə şəhərində yanğın hadisəsi baş verib.

 APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, “Bərdə” ticarət mərkəzinin  ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 m2 olan  12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 m2 sahədə yanıb.

 Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.




Ana səhifəyə qayıt        Baxış: 624          Tarix: 20-07-2017, 09:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma