
Bu gün Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ayrı-ayrı vətəndaşların məskunlaşdığı ümumi sahəsi 23 m2 olan otağın və eyvanının yanar konstruksiyaları, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə, ümumi sahəsi 23 m2 olan otağın eyvanının yanar konstruksiyaları və əşyaları 5 m2 sahədə yanıb, yüksək temperaturdan pilləkən qəfəsinin və ümumi mətbəxin lambirdən ibarət tavanı 20 m2 sahədə əriyib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərərfindən 15 nəfər bina sakini təxliyə olunub. Yataqxana binasının qalan hissəsi yanğından mühafizə edilib. Yanğın saat 03:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Paylaş: