Xəbər lenti

Leonid Raqozin

“Al-Jazeera” (Qətər)

 

Rusiyanın siyasi kainatında birdən çox çevrilmə var. Hər halda, adamlar evdə heç bir yetkin insan olmadığı kimi hərəkət edirlər. Siyasi kampaniyalar, deyəsən, Kremlin xeyir-duası olmadan başlayır, dövlət telekanalları əhəmiyyətli hadisələrin işıqlandırılmasında bir-birinə ziddir və Kreml fraksiyaları arasında qarşıdurma şəffaflaşır. İqtisadiyyat naziri Aleksey Ulyukayevin həbs olunmasına kömək edən, lakin eyni vəziyyətdə məhkəmə çağırışlarını görməməyə çalışan neft nəhəngi “Rosneft”in rəhbəri İqor Seçin bu mübahisədə əsas oyunçuya çevrilib.

Bütün bunlar bir sual doğurur: bəs Vladimir Putin haradadır?

 

2018-ci ilin mart seçkiləri

 

Əlbəttə, Rusiya liderinin işi başından aşır, onun gərgin iş cədvəli dövlət televiziyasının gündəlik xəbər yayımlarında əks olunur. Lakin siyasi ekspert Qleb Pavlovskinin yazdığı kimi, "prezident yoxa çıxır".

Hazırda Putin siyasi rejiminin tənqidçisi olan Pavlovski 2000-ci illərin əvvəlində onun baş memarlarından biri idi – o, bu cür hallarda fikirləri mütləq eşidilən bir adamdır. Sözügedən məqaləsində isə Pavlovski Rusiya liderini "güclü yorğunluq və yığılmış zəifliklərinə görə" çox gənc olmayan bir centlmen kimi təsvir edir.

Putin ictimaiyyət qarşısında çıxışlarında tez-tez tükənmiş görünür. Independentin Kremldəki mənbələri, Putinin 2016-cı ildən etibarən istefa vermək istədiyini iddia edib və yalnız ABŞ-da Donald Trampın sürpriz seçilməsindən sonra o, fikrini dəyişdirib.

Rusiyada növbəti prezident seçkiləri 2018-ci ilin martında keçirilməlidir, ancaq dörd ay qalmasına baxmayaraq, Kreml kampaniyanı necə davam etdirəcəyi ilə bağlı kifayət qədər ipuçlarını vermir və əslində, hələ də Putinin vəzifəsində qalacağını təsdiqləməyib. Adi məntiq deyir ki, Putin dördüncü prezidentlik müddəti üçün mübarizə aparacaq. Amma “çirkin ördəy”in həqiqətən, nə istədiyi bəllidirmi?

Putinin illərlə güclü rəqibləri olmadığı üçün legitimliyinin qavranması problemi də mövcuddur. Ancaq indi səmərəli prezident kampaniyası keçirməklə, yalnız Moskva və Sankt-Peterburqda deyil, bütün ölkədə müxalifət tərəfdarlarını səfərbər etmiş, Rusiya siyasətində inqilab yaradan Aleksey Navalnı onunla yarışa girir. Putinin dövründə başqa heç bir müxalif siyasətçi bunu bacara bilməyib.

Yenə də, bəlli hikmət buyurur ki, səlahiyyətlilər Navalnını seçkidən kənarlaşdıracaqlar. Lakin vaxt keçdikcə Kreml Putinin qalib olub-olmayacağı ilə bağlı heç bir açıqlama vermir, Navalnı isə güclənir. O, güclü olduqca, Putinin legitimliyinə dair iddia zəifləyir və Navalnı rəqabətsiz bir seçkiyə qatılma istəyir.

Əgər Kreml Navalnının namizəd olaraq qeydiyyatdan keçməsinə icazə verərsə, Putinin çox güman ki, qazanmaq şansı çoxdur, amma bu, demək olar ki, məchul əraziyə ayaq basmaq deməkdir. Bu, bütün kommunist sistemini məhv edən, siyasi enerjinin böyük azadlığına gətirib çıxaran Mixail Qorbaçovun məhdud islahatları ilə baş verdiyi kimi, şüşədan inqilabçı cinin çıxmasına imkan verəcəkmi? İqtidarın sərt siyasət tərəfdarları bunu zəiflik əlaməti olaraq təfsir edəcəklərmi? Bu, yorğun bir adamın real rəqibə qarşı real bir kampaniya yürütməsini çətinləşdirməyəcəkmi? Kremlin son üç seçkidə plüralizm görütüsü yaratmağa kömək edən surroqat müxalifət liderləri istifadə olunmadan seçkidə Navalnı iddiaçı ola bilərmi?

Önəmli məsələ gələcək prezidentliyin gündəliyidir. Rusiyada siyasi dövrlər hər mövsümdə eyni süjetin təkrarlandığı televiziya serialları ilə müqayisə oluna bilər. İlk mövsüm bütünlüklə siyasi sabitlik və iqtisadi artıma həsr olunmuşdu, bu da yüksək neft qiymətləri hesabına baş vermişdi. İqtisadiyyatın yavaşladığı və orta sinfin rejimin korrupsiyaya və qeyri-demokratik təbiətə açıq şəkildə narazılığını göstərdiyi zaman – 2012-ci ildə bu mövzu özünü tükəndirdi.

İkinci mövsüm Ukraynadakı xaotik inqilabla başladı və bu, siyasi liderliyin və ya əksər rusların dediyi kimi, "kollektiv Putin"inin, yəni irredentist millətçiliyi və təcavüzkar mühafizəkarlığı əhatə edərək rejimi rebrend etmək üçün ABŞ-ın "Müqəddəs Kəmər" xristian fundamentalizminin plagiatlaşdırılmış versiyasıdır. Bu çevrilmə Putinin təsdiq reytinqini demək olar ki, 90 faizə çatdıran Krımın ilhaqına gətirib çıxardı.

Amma bu süjet də özünü tükəndirir. Rusiyanın hakim elitası, – yeni birləşmə gündəliyi nə olursa-olsun, – ölkənin növbəti altı ildə hara gedəcəyini və yeni siyasi brendin kim olacağı istiqamətini müəyyən edəcək. Putin özü-özlüyündə marka deyil – bu, vacib olan gündəmin təcəssümüdür.

 

Üçüncü mövsümün yeni süjeti 

 

Üçüncü mövsüm üçün Kremlin əksəriyyəti və Navalnı rəhbərliyindəki müxalifəti qorxuda saxlanılmasına kömək edəcək bir süjeti var. Əslində, qolluğunda gizlətdiyi Moskva şəhərindəki şəhər infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsidir – hökumət digər böyük Rusiya şəhərlərində də növbəti prezidentlik müddəti boyu bunu təkrarlamağa hazırlaşır.

Belə bir yeni pozitivist gündəm Putinin hazırkı prezidentlik müddətini müəyyənləşdirən qarşıdurma neqativizmi ilə kəskinləşəcək. Sovet dövrünə aid köhnəlmiş infrastrukturun çox hissəsini saxlayan rus şəhərlərinin müasirləşdirilməsi vaxtı çoxdan yetişib. Bu, ruslar üçün yalnız yaşayış keyfiyyətini yaxşılaşdırmayacaq, həm də yoxsul və müharibə ilə didilib-dağılan Ukraynaya zidd olaraq, Kremlin inadla yayınmağa çalışdığı, alternativ olmaq istədiyi Rusiyaya xidmət edəcək – milyonlarla rusdillinin yaşaya biləcəyi yer – daha yaxşı Rusiya. Bununla yanaşı, belə böyük miqyaslı dövlət sektoru layihəsi ləng iqtisadiyyatı yüksəldə bilər.

Bu gündəmin hazırkı siması – 2005-2008-ci illər arasında Putinin seçki qərargahının rəhbəri vəzifəsini yerinə yetirən Moskva meri Sergey Sobyanindir. Sobyanin həm siyasət, həm də iqtisadiyyatla məşğul olmuş təcrübəli aparat işçisidir, Rusiya quruluşunun anti-meritokratik sistemində müəyyən üstünlüyü olan, nisbətən qoca (59 yaş) adamdır. Ən başlıcası o, 2012-ci ildə Moskvada keçirilən yerli seçkilərdə Navalnını məğlub edib. O vaxtlar müxalifət liderini qəfildən həbsxanadan azad etdilər və bələdiyyə seçkilərinə qatılmasına icazə verdilər (Navalnı dövlət televiziyasında efirə demək olar ki, heç bir giriş imkanı olmayan səs-küyə təşviqat kampaniyasında seçici səslərinin 27 faizini qazandı).

Putin dördüncü dövr üçün namizədliyini irəli sürəcəyini təsdiqləsə, Sobyanin baş nazir Dmitri Medvedevin yerinə axtarılan ideal əvəz ola bilər – rusların belə bir adam araması mənası verən hissi (ya da ən azı illüziyanı) təmin etmək üçün.

Əgər indi də olmasa, səlahiyyətini icra etdiyi müddətin ən gərgin vaxtında Putin bunu elan edəcək. Moskvanın hazırkı bələdiyyə başçısı isə populyar gündəm təqdim olunanadək kənarda qalacaq. Bunnla da rejimin əksəriyyəti qorunacaq və post-Putin dövrünə yumşaq keçidi təmin edəcək.

 

Tərcümə: Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 797          Tarix: 27-11-2017, 12:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma