Xəbər lenti

  

Tovuz sakini 53 yaşlı Rasim Əliyevin maraqlı hobbisi görənlərin diqqətini cəlb edir.

O, 1992-ci ildə ölkə çempionatı başlayandan bu günədək bütün oyunları, oyun zamanı baş verən maraqları anları, qayda pozuntularını, vurulan qolların hamısını qeyd edir. Onun sevimli məşğuliyyəti 26 dəftərdə öz əksini tapıb. O, məlumatların qeydini həm də şəxsi kompüterində də aparır. Onu məyus edən isə hazırda ölkədaxili komandaların sayının az olmasıdır.

R.Əliyev, həm də ölkədə yeganə şəxsdir ki, hakimlərin çıxdığı oyunları, apardıqları oyunun statistikasını qeyd edib. Onun qeyd dəftərləri ölkə futbolunun keçmişini araşdırmaq üçün bəzən əsaslı dəlillər kimi də istifadə olunur.

O, oyunlar zamanı baş verən maraqlı və gülməli anların da qeydiyyatını aparır. Məsələn, oyun zamanı meydançaya helikopterin enməsi futbol tariximizin ən maraqlı hadisələrindəndir.

Rasim Əliyev deyir ki, sevimli məşğuliyyəti onun həyatının ayrılmaz hissəsidir. O, bu baradə kitab yazır. \\Xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 320          Tarix: 15-10-2018, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma