Xəbər lenti

 

Hazırda Həcc ziyarəti mövsümü olmasa da, Azərbaycandan  müqəddəs torpaqları ziyarət etmək çox baha başa gəlir. Hacı olmaq istəyənlər bu yola çıxarkən uzun bir məsafə qət etməli olurlar. Ona görə də tarixən Həcc ziyarəti uzun və məşəqqətli yolçuluq hesab edilib.

 

Günümüzün reallığında isə hava yolu vasitəsilə Həcc ziyarətini gerçəkləşdirmək o qədər də məşəqqətli deyil. Daha məşəqqətli olan məsələ Azərbaycanda bir zəvvarın ziyarəti üçün maliyyənin çox yüksək (7250 manat) olması ilə bağlıdır. Halbuki, qonşu Türkiyə, Rusiya və Gürcüstanda ayrılmış kvotanın qiyməti ölkəmizlə müqayisədə xeyli ucuzdur.  

 

Məsələnin maraqlı tərəflərindən biri də Gürcüstanda həyata keçirilən Həcc ziyarətləri ilə bağlıdır.

 

Gürcüstanda yaşayan azərbaycanlılar Həcc ziyarəti etmək üçün hara müraciət edirlər?

 

Eyni zamanda, Gürcüstandan ziyarətə getməyin ucuzluğuna görə, azərbaycanlı zəvvarlar arasında müraciət edənlər olurmu?

 

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mövzu ilə bağlı Modern.az-a bildirib ki, Gürcüstandan Həcc ziyarətinə getmək indi çox asanlaşıb:

 

“2010-2011-ci illərə qədər Gürcüstanda yaşayan müsəlmanlar Qafqaz Müsəlmanları İdarəsinin xətti vasitəsilə ayrılmış kvota ilə Həcc ziyarətinə  gedirdilər. Ancaq 2011-ci ildən bu yana Gürcüstanda yaşayan müsəlımanlar üçün Səudiyyə Ərəbistanından xüsusi kvota ayrıldı. Daha sonra Gürcüstanın Səudiyyə Ərəbistanında səfiliyi açıldı. Səudiyyə Ərəbistanının Gürcüstanda konsulluğu fəaliyyətə başlayıb. İndi çox asanlıqla viza almaq da olur”.

 

Şeyxin sözlərinə görə, buradan Həcc ziyarətinə gedənlərin sayı o qədər də çox olmur:

“Gürcüstanda yarım milyon müsəlman yaşayır. Onlar bizə 500 nəfər kvota ayırmışdılar. Ancaq əslən Gürcüstandan olan azərbaycanlıların çoxu burada deyil. Ona görə də bir hissəsi Rusiya xətti, digər hissəsi isə Azərbaycan xətti ilə getdiklərinə görə buradan Həcc ziyarətinə gedənlərin sayı 50 nəfəri aşmır. 2018-ci ildə Gürcüstandan 34 nəfər Həcc ziyarətinə gedib. Onu da deyim ki, 33-34 nəfərdən artıq Həcc ziyarətinə gedən olmur”.

 

Hacı Ramin İgidov qeyd edib ki, Azərbaycanda yaşayan azərbaycanlılar arasında da müraciətlər olur:

“Gürcüstandan Həcc ziyarətinə gediş ancaq təyyarə ilə mümkündür. Qiymətlər 3500 dollara olub. Axırıncı Həcc ziyarəti zamanı gedən hacılarımız 22 gün qaldılar. 22 gün ərzində bütün xərclər həmin qiymətə daxil idi. Bəzi hallarda Gürcüstandan Həcc ziyarətinə getmək üçün Azərbaycandan bizə müraciət edənlər olur. Ancaq bu müraciətlər cavabsız qalıb. Yalnız Gürcüstanda müvəqqəti yaşama izni olanlar, ya da iş adamlarına icazə verə bilərik. Elə olmadığı təqdirdə başqa ölkənin vətəndaşlarını Həcc ziyarətinə apara bilmirik. Yalnız 5-10 nəfər xarici vətəndaşa icazə verilir. Daha artığına icazə yoxdur”.




Ana səhifəyə qayıt        Baxış: 42          Tarix: 5-11-2019, 11:51      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent