Xəbər lenti

 

Saçlarınız nazik və həcmsizdir? Yuduqdan bir gün sonra saçlarınız yıpranır və dibləri yağlanırmı?

Sizə faydalı olacaq 7 məsləhəti diqqətinizə çatdırırıq.

Çox isti su ilə yumayın

Saçlarınızı yuyarkən çox isti sudan istifadə etməyin. İsti su saç dibləri və gövdəsi üzərində yer alan təbii yağ turşularını əridir. Eyni zamanda saç tükünün xarici qatlarındakı pul toxumaya zərər verir. Saçı darayarkən diblərindəki təbii yağ bütün saç tellərinə yayılır, qoruma və parlaqlıqla təmin edir. Saçınızın təbii quruluşunu pozmayın,  mütləq ilıq su ilə yuyun. Saçlarınızı yuduqdan sonra uclarını əlinizlə sıxaraq, dəsmalla bükün.

Saçınızı düzgün qurudun

Nazik və həcmsiz saçlar olduqca həssasdır. Buna görə qurutma əsnasında çox diqqət etmək lazımdır. Əvvəlcə feni yüksək temperaturda deyil, orta istilikdə istifadə etməlisiniz. Geniş dişli bir fırça, ya da daraqla saçlarınızı darayıb önə doğru atın. Başınız önə əyili olduqda kökündən ucuna doğru və feni ən az 30 sm uzaqda tutaraq saçlarınızı az nəmli qalacaq şəkildə quruda bilərsiniz.

Şampununuzu dəyişin

Nazik saçlarınızı daha dolğun göstərmək və saçınızın gün boyu həcmini qoruması üçün saç tipinizə uyğun vasitə seçməlisiniz.

Saça qulluq kremindən daim istifadə edin

Saçlarınızı şampunla yuduqdan sonra saça ehtiyacı olan qulluqla təmin edən, ağırlaşmasının qarşısını alan kremdən istifadə etməlisiniz.

Saç kəsiminizi dəyişdirin

Nazik tüklü saçlarınıza uyğun qulluq etməklə birlikdə saç modelinizin kəsimi də əhəmiyyətlidir. Qatlı, çiyinlərdə bitən saç modelləri ilə daha həcmli saçlara sahib ola bilərsiniz. Qısa kəsimlər də nazik saçların daha həcmli görünməsini təmin edir. Saçınızın tağını dəyişdirmək də təsirli bir vasitə ola bilər.

Mütəmadi saça qulluq edin

Nazik və həcmsiz saçlar üçün doğru saça qulluq vasitəsi ilə mütəmadi edəcəyiniz qulluq, sağlam və dolğun bir görünüş qazandıracaq. Saça qulluq maskası ilə saçlarınızı ağırlaşdırmadan nəmləndirmənin kefini yaşaya bilərsiniz.

Həcm verən sprey istifadə edin

Tez yaprıxan cansız saçlarınızı diblərindən qaldıran bir sprey sizə istədiyiniz dolğunluğu verərəkən, saçlarınızın nəmini də qoruya bilər.\\Ailem.az




Ana səhifəyə qayıt                 Tarix: 12-10-2017, 20:58       Baxış: 39


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə